7 iyun 2025 at 16:04
Jurnalist kodu: 5564
Xəbər kodu: 85854637
T T
0 Persons
İran, Pakistan və Misirin xarici işlər nazirləri telefonla danışdılar

İran XİN Seyyid Abbas Əraqçi, Pakistan və Misirli həmkarları ilə telefonla danışdı

Pakistanın baş nazir müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar, İran İslam Respublikasının xarici işlər naziri Seyyid Abbas Əraqçi ilə telefon əlaqəsi saxlayaraq Qurban bayramını təbrik edib və İran dövləti və xalqına uğurlar arzulayıb.
Bu telefon danışığında, İran və Pakistan xarici işlər nazirləri, regiondakı və beynəlxalq son hadisələr, o cümlədən sionist rejimin Livan və Suriyaya qarşı son hücumları barədə fikir mübadiləsi aparıblar. Hər iki tərəf İslam ümmətinin birliyi və bütün dünya müsəlmanlarının rifahı və xeyiri üzərində təkid ediblər.
Həmçinin bu gün Misirin xarici işlər naziri Bədr Əbdülati, Seyyid Abbas Əraqçi ilə telefonla danışıb. Tərəflər qarşılıqlı olaraq Qurban bayramını təbrik ediblər və xüsusilə Qəzzədəki vəziyyət başda olmaqla regional inkişaflar* barədə müzakirələr aparıblar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .